Husilər Yəmənin şimalında yeni əməliyyatlara başladı - ViIDEO

Husilər Yəmənin şimalında yeni əməliyyatlara başladı - ViIDEO

Yəmən ordusunun Respublika Qvardiyası və Husilərə bağlı dəstələr Yəmənin şimalında yerləşən strateji məntəqələri ələ keçirmək məqsədi ilə bu gün səhər Əl-Həzm məntəqəsində əməliyyatlara başlayıb.  

Yəmən ordusu və Husilər ötən gün Əl-Həzmin qərbində yerləşən Həm dağlarında olan mövqeləri ələ keçirib.  

Yəmən ordusunun və Husilərin Səudiyyə sərhədində yerləşən Əl-Həzm rayonunu ələ keçirməsinin Səudiyyə və Mənsur Hadi qüvvələrinin ağır məğlub olması ilə nəticələnəcəyi bildirilir. Bundan əlavə Yəmən ordusu Mərib vilayətində Səudiyyə və müttəfiqlərinin əməliyyat cəhdlərinin qarşısını alaraq onlara məxsus canlı qüvvə və texnikasını məhv edib.  

Qeyd edək ki, Səudiyyə Ərəbistanı 2015-ci ilin mart ayının 26-dan etibarən Yəmən ərazilərində hərbi əməliyyatlara başlayıb. Hərbi əməliyyatlar zamanı minlərlə insan həyatını itirib, 10 mindən artıq insan yaralanıb. Yüz minlərlə insan isə öz evlərindən didərgin düşüb. Yəmən əhalisi qida, tibbi ləvazimat, o cümlədən gündəlik təlabat mallarını əldə etməkdə çətinlik çəkir. Səudiyyə Ərəbistanı və müttəfiqlərinin blokadası Yəmənin iqtisadi vəziyyətini çətinləşdirib. (eastnews) //

Google+ WhatsApp ok.ru