Husilər Yəmən sülh danışıqlarının nəticələrinə münasibət bildiriblər

Husilər Yəmən sülh danışıqlarının nəticələrinə münasibət bildiriblər

Yəmənin paytaxtı Sənadan İsveçdəki sülh danışıqlarına yollanan Husi nümayəndə heyətinin rəhbəri Məhəmməd Əbdüssalam “Bu günkü anlaşma müsbətdir, sülh prosesi danışıqlarını və Hudeydə şəhərində atəşkəsi dəstəkləyirik” - deyə bildirib 

 Ötən gün İsveçdə Yəmənlə bağlı keçirilən birinci tur danışıqlardan sonra keçirilən mətbuat konfransında çıxışı zamanı M.Əbdüssalam bildirib ki, onlar Hudeydə əyaləti və şəhərində atəşkəsə nail olublar.

Danışıqların nəticələrini müsbət qiymətləndirən Səna nümayəndə heyətinin rəhbəri bildirib ki, bundan sonra Hudeydə dəniz limanında yoxlama işləri BMT nümayəndələrinə veriləcək. 

 Hələ nəzərdə tutulanların mühüm qismində razılığın əldə edilmədiyini bildirən M. Əbdüssalam əsirlərin mübadiləsi kimi razılıq əldə edilən məsələlərin vaxtında həyata keçiriləcəyinə ümidvar olduğunu bildirib.   Qeyd edək ki, İsveçdəki Yəmən danışıqlarının birinci turunda müzakirə edilən 6 məsələdən 4-də anlaşma əldə edilib.

O cümlədən Hudeydə şəhərində atəşkəsin bərpası, şəhərə heç bir tərəfdən hərbi qüvvə yeridilməməsi, şəhərə və şəhərdən bütün yolların açılması, Hudeydə limanı ilə yanaşı, Salif və Ras-İsa limanlarının BMT nəzarətində işləməsi məsələsində razılıq əldə edilib.

   Məlumata görə, razılıq əldə edilən məsələlərdən biri də məhbusların mübadiləsi və Taiz şəhərində atəşkəsin bərpasıdır. /SalamNews/

Google+ WhatsApp ok.ru