HİV-in yeni təhlükəli ştammı aşkar edilib

HİV-in yeni təhlükəli ştammı aşkar edilib

Missuri Amerika Universitetinin mütəxəssisləri Ebbott laboratoriyasının həmkarları ilə birlikdə tədqiqatlar zamanı HİV-in ilk yeni ştammını aşkar ediblər. Maide.Az FaktXeber-ə istinadla xəbər verir ki, bu barədə CNN xəbər verib.  

Bildirilir ki, "M" qrupunda "HİV-1" tipinə aiddir. Qeyd edilən virus HİV infeksiyasının 90 faizindən çoxunun əsas səbəbidir.  

Bununla belə, Milli Allergiya və Yoluxucu Xəstəliklər İnstitutunun direktoru Entoni Fauçi panika üçün heç bir səbəb olmadığını deyib: "Buna az adam yoluxur. Bu bir anomaliyadır".  

Tədqiqatın nəticəsi virusun inkişaf mexanizmini daha yaxşı başa düşməyə kömək edəcəkdir.

Google+ WhatsApp ok.ru