Hövsanda torpaq sürüşməsi olub - YENİLƏNİB

Hövsanda torpaq sürüşməsi olub - YENİLƏNİB

-- Dağıntılar altında qalan var

Maide.Az-ın  Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakının Suraxanı rayonunda Zığ yolu yaxınlığında qazıntı işləri aparılan ərazidə yaranan torpaq uçqunu nəticəsində orada fəhlə işləyən 1995-ci il təvəllüdlü Bağırzadə Əmirəhməd Vidadi oğlu torpaq altında qalıb.
 
Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri dərhal hadisə yerinə cəlb olunub. İlkin olaraq əməliyyat şəraiti qiymətləndirilib. Mürəkkəb şəraiti (hər an yenidən torpaq uçqunu olma təhlükəsi var) nəzərə alaraq, əraziyə Dövlət Yanğından Mühafizə Xidmətininin yanğınsöndürən-xilasedicilərindən ibarət əlavə xilasetmə dəstəsinin cəlb olunması qərara alınıb.
Hazırda xilasetmə işləri davam etdirilir. Əlavə məlumat veriləcək.
***
Bu dəqiqələrdə Hövsan yolunda torpaq sürüşməsi olub
 
Maide.Az xəbər verir ki, hadisə şahidlərinin verdiyi məlumata görə, sürüşmə nəticəsində 1 nəfər dağıntı altında qalıb.
 
Hazırda hadisə yerinə FHN əməkdaşları cəlb olunub. (azxeber.com)
 

Google+ WhatsApp ok.ru