Hyuston şəhər xəstəxanasında namazxana açılıb - FOTO

Hyuston şəhər xəstəxanasında namazxana açılıb - FOTO

ABŞ-ın Texas ştatının Hyuston şəhər xəstəxanasında namazxana açılıb. 
 
Maide.Az “chron” saytına isitnadla xəbər verir ki, Hyuston şəhərin Willowbrook xəstəxanasında müsəlmanlar üçün namazxananın açılışı olub.  
 
Namazxananın giriş qapısı İslami ənənəvi naxışlarla bəzədilib və qapının üzərinə Quran ayələri yazılıb. 
 
Namazxana xəstəxanada çalışan iki müsəlman həkim tərəfindən açılıb. Orada müxtəlif dillərdə Quran  və  dua kitabları qoyulub.   
 
Qeyd edək ki, Hyuston  bölgəsində  18 məscid fəaliyyət göstərir. 
 
 
 

Google+ WhatsApp ok.ru