Hüquq müdafiəçiləri: Bəhreyn həbsxanalarında siyasi məhbusların vəziyyəti çox pisdir

Hüquq müdafiəçiləri: Bəhreyn həbsxanalarında siyasi məhbusların vəziyyəti çox pisdir

-- həbsxana rəsmiləri elektrik enerjisini qəsdən kəsir, məhbuslar saatlarla çox isti havada qalır və...

Bəhreynli fəallar və hüquq müdafiəçiləri, son günlərdə “Cu” həbsxanasında olan siyasi məhbusların vəziyyətlərinin çox pis olduğunu bildirir. 
 
Maide.Az Bəhreyn mediasına istinadən xəbər verir ki, Bəhreynli hüquq müdafiəçi xanım  İbtisam əl-Sayə, siyasi məhbusların xəstələndiklərində xəstəxanaya aparılmadığını bildirib və qeyd edib ki, siyasi məhbuslar çox pis şərtlərdə saxlanılır və  bu vəziyyət onların müxtəlif xəstəliklərə yoluxmasına səbəb olur. 
 
Bəhreynli hüquq müdafiəçisi həbsxana rəsmilərinin elektrik enerjisini qəsdən kəsdiklərini və məhbusların saatlarla çox isti havada qaldıqlarını bildirib. “Yemək baxımından da məhbuslar çox pis şəraitdədir.  Bəzən siyasi məhbuslara xarab yemək verilir və bu onların zəhərlənməsinə səbəb olur”. 
 
əl-Vəfakiyyun xəbər kanalı isə Al Xəlifə rejiminin siyasi məhbusları ölümə tərk etdiyini və bu məhbusların xilası üçün çağırış edib. 
 
Qeyd edək ki, bundan öncə  Bəhreyn İnsan Haqqları Təşkilatı, may ayında Bəhreyn rejiminin ən az 272 dəfə insan haqqlarını tapdaladığını bildirmişdi.  Bəhreyn rejimi son illər müxaliflərə qarşı təzyiqləri artıraraq xüsusilə çox sayda insanı vətəndaşlıqdan çıxardıb. 
 

Google+ WhatsApp ok.ru