HƏDİSLƏR AYNASINDA MÜBARƏK RAMAZAN AYININ FƏZİLƏTİ-10

HƏDİSLƏR AYNASINDA MÜBARƏK RAMAZAN AYININ FƏZİLƏTİ-10

-- Şəvval ayının hilalı görsənəndə oruc tutanların mükafatı verilər

Şəvval ayının hilalı görsənəndə oruc tutanların mükafatı verilər

Hədisin sənədi:

حَدَّثَنَا مُحَمَّدُ بْنُ الْحَسَنِ بْنِ أَحْمَدَ بْنِ الْوَلِيدِ قَالَ حَدَّثَنَا الْحُسَيْنُ بْنُ الْحَسَنِ بْنِ أَبَانٍ عَنِ الْحُسَيْنِ بْنِ سَعِيدٍ عَنِ الْحُسَيْنِ بْنِ عُلْوَانَ عَنْ عَمْرِو بْنِ‏ شِمْرٍ عَنْ جَابِرٍ عَنْ أَبِي جَعْفَرٍ الْبَاقِرِ ع

Şeyx Səduq (r.ə) yazır: Hədis etdi mənə Məhəmməd ibn Həsən ibn Əhməd ibn Vəlid, o da Hüseyn ibn Həsən ibn Abandan, o da Hüseyn ibn Səiddən, o da Hüseyn ibn Ülvandan, o da Əmr ibn Şimrdən, o da Cabirdən, o da imam Muhəmməd Baqirdən (ə).

Hədisin mətni:

قَال(ع): كَانَ رَسُولُ اللَّهِ ص إِذَا نَظَرَ إِلَى هِلَالِ شَهْرِ رَمَضَانَ اسْتَقْبَلَ الْقِبْلَةَ بِوَجْهِهِ ثُمَّ قَالَ :

İmam Əbu Cəfər Muhəmməd Baqir (ə) buyurdu: Allahın Rəsulu (s) mübarək Ramazan ayının hilalını (ayını) gördükdə üzü qibləyə durar və belə dua edərdi:

اللَّهُمَّ أَهِلَّهُ عَلَيْنَا بِالْأَمْنِ وَ الْإِيمَانِ وَ السَّلَامَةِ وَ الْإِسْلَامِ وَ الْعَافِيَةِ الْمُجَلِّلَةِ وَ الرِّزْقِ الْوَاسِعِ وَ دَفْعِ الْأَسْقَامِ وَ تِلَاوَةِ الْقُرْآنِ وَ الْعَوْنِ عَلَى الصَّلَاةِ وَ الصِّيَامِ

“İlahi, onu (Ramazan ayının hilalını) əmin-amanlıq, iman, İslam, ümumi salamatçılıq, geniş ruzi, xəstəlikləri uzaqlaşdırmaq, Quran tilavəti, namaz qılmaq və oruc tutmağa kömək ilə bizə aşkar et.”

 اللَّهُمَّ سَلِّمْنَا لِرَمَضَانَ وَ سَلِّمْهُ لَنَا وَ سَلِّمْهُ مِنَّا حَتَّى يَنْقَضِيَ شَهْرُ رَمَضَانَ وَ قَدْ غَفَرْتَ لَنَا

“İlahi, bizi Ramazan ayında vəzifələrimizə əməl etməyimiz və Ramazanı biz bu ayda xətalardan uzaq olmağımız və Ramazanı bizim günahlarımızdan salamatlıqda qərar ver ki, Ramazan ayı başa çatsın və Sən bizi bağışlamış olasan.”

ثُمَّ يُقْبِلُ بِوَجْهِهِ عَلَى النَّاسِ وَ يَقُولُ:

Allahın Rəsulu (s) dua etdikdən sonra üzünü camaata tutar və buyurardı:

يَا مَعْشَرَ الْمُسْلِمِينَ إِذَا طَلَعَ هِلَالُ شَهْرِ رَمَضَانَ غُلَّتْ مَرَدَةُ الشَّيَاطِينِ [الشَّيْطَانِ‏] وَ فُتِحَتْ أَبْوَابُ السَّمَاءِ وَ أَبْوَابُ الْجِنَانِ وَ أَبْوَابُ الرَّحْمَةِ وَ غُلِّقَتْ أَبْوَابُ النِّيرَانِ وَ اسْتُجِيبَ الدُّعَاءُ

“Ey müsəlmanlar! Ramazan ayının hilalı çıxdığı zaman azğın şeytanlar zəncirlə bağlanar, göyün, cənnətin və rəhmətin qapıları açılar, cəhənnəm qapıları bağlanar, dualar qəbul olunar.”

وَ كَانَ لِلَّهِ عَزَّ وَ جَلَّ عِنْدَ كُلِّ فِطْرَةٍ عُتَقَاءُ يُعْتِقُهُمْ مِنَ النَّارِ

“Allah-Taala bütün Fitr bayramlarında cəhənnəm odundan bir qrup insanı azad edər.”

وَ نَادَى [يُنَادِي‏] مُنَادٍ كُلَّ لَيْلَةٍ هَلْ مِنْ سَائِلٍ هَلْ مِنْ مُسْتَغْفِرٍ اللَّهُمَّ أَعْطِ كُلَّ مُنْفِقٍ خَلَفاً وَ أَعْطِ كُلَّ مُمْسِكٍ تَلَفاً

“Ramazan ayının hər gecəsində bir mələk nidar edər ki, bir istəyən, hacəti olan və tövbə edən varmı? Ey Allahım! Bütün infaq (yardım) edənlərə əvəz ver və malını (infaq etməkdən) əsirgəyənlərin malını tələf et.”

 حَتَّى إِذَا طَلَعَ هِلَالُ شَوَّالٍ نُودِيَ الْمُؤْمِنُونَ أَنِ اغْدُوا إِلَى جَوَائِزِكُمْ فَهُوَ يَوْمُ الْجَائِزَةِ ثُمَّ قَالَ أَبُو جَعْفَرٍ ع أَمَا وَ الَّذِي نَفْسِي بِيَدِهِ مَا هِيَ بِجَائِزَةِ الدَّنَانِيرِ وَ الدَّرَاهِمِ‏.

“Şəvval ayının hilalı görünəndə möminlərə nida gələr: Mükafatlarınızı almağa tələsin ki, bu gün mükafat günüdür.”

İmam Muhəmməd Baqir (ə) buyurdu: “And olsun o kəsə ki, canım onun əlindədir, o mükfatlar dinar-dirhəm (ilə ölçüləsi) deyil!”

(“Fəzailu əşhuris-səlasə” (Üç ayın fəzilətləri), “Ramazan ayının fəzilətləri” bölümü, hədis: 12/62, müəllif: Şeyx Səduq (306-381 h.q), mütərcim: Mirməhəmməd Bəşir- Maide.Az)

 

 

Google+ WhatsApp ok.ru