HƏDİSLƏR AYNASINDA MÜBARƏK RAMAZAN AYININ FƏZİLƏTİ-2

HƏDİSLƏR AYNASINDA MÜBARƏK RAMAZAN AYININ FƏZİLƏTİ-2

-- Müjdə olsun sizə, ey Allahın bəndələri

حَدَّثَنَا أَبِي رَضِيَ اللَّهُ عَنْهُ قَالَ حَدَّثَنَا سَعْدُ بْنُ عَبْدِ اللَّهِ عَنْ أَحْمَدَ بْنِ الْحُسَيْنِ عَنْ مُحَمَّدِ بْنِ جُمْهُورٍ عَنْ مُحَمَّدِ بْنِ زِيَادٍ عَمَّنْ‏ سَمِعَ [عَنْ مِسْمَعٍ‏] عَنْ مُحَمَّدِ بْنِ مُسْلِمٍ الثَّقَفِيِّ يَقُولُ سَمِعْتُ أَبَا جَعْفَرٍ مُحَمَّدَ بْنَ عَلِيٍّ الْبَاقِرَ ع يَقُولُ‏ إِنَّ لِلَّهِ تَعَالَى مَلَائِكَةً مُوَكَّلِينَ بِالصَّائِمِينَ يَسْتَغْفِرُونَ لَهُمْ فِي كُلِّ يَوْمٍ مِنْ شَهْرِ رَمَضَانَ إِلَى آخِرِهِ وَ يُنَادُونَ الصَّائِمِينَ كُلَّ لَيْلَةٍ عِنْدَ إِفْطَارِهِمْ أَبْشِرُوا عِبَادَ اللَّهِ فَقَدْ جُعْتُمْ قَلِيلًا وَ سَتَشْبَعُونَ كَثِيراً بُورِكْتُمْ وَ بُورِكَ فِيكُمْ حَتَّى إِذَا كَانَ آخِرُ لَيْلَةٍ مِنْ شَهْرِ رَمَضَانَ نَادَى أَبْشِرُوا عِبَادَ اللَّهِ غَفَرَ لَكُمْ ذُنُوبَكُمْ وَ قَبِلَ تَوْبَتَكُمْ فَانْظُرُوا كَيْفَ تَكُونُونَ فِيمَا تَسْتَأْنِفُونَ‏.
 
İmam Muhəmməd Baqir (ə) buyurur: “Allah-Taalanın oruc tutanlar üçün müvəkkil mələkləri vardır ki, Ramazan ayının ilk günündən sonuna qədər hər gün onların günahlarının bağışlanmasına görə, “istiğfar” edir (onların bağışlanmasını istəyir) və hər gün iftar zamanı oruc tutanlara səslənərək deyirlər: “Müjdə olsun sizə, ey Allahın bəndələri, az zaman üçün ac qaldınız və çox yaxın zamanda çox doyacaqsınız, mübarək olsun, mübarək edin!”
 
Ramazan ayının son gecəsi isə mələklər oruc tutanlara səslənərlər: “Müjdə olsun sizə, ey Allahın bəndələri, sizin günahlarınız bağışlandı, tövbələriniz qəbul edildi. Belə isə, baxın görün, yeni başladığınız həyatda necə olacaqsınız!”
 
(“Fəzailu əşhuris-səlasə” (Üç ayın fəzilətləri), “Ramazan ayının fəzilətləri” bölümü, hədis: 2/52, müəllif: Şeyx Səduq (306-381 h.q), mütərcim: Mirməhəmməd Bəşir - Maide.Az)
 

Google+ WhatsApp ok.ru