HƏDİSLƏR AYNASINDA MÜBARƏK RAMAZAN AYININ FƏZİLƏTİ-4

HƏDİSLƏR AYNASINDA MÜBARƏK RAMAZAN AYININ FƏZİLƏTİ-4

-- Ramazan ayının hər gecəsində günahkarların bir hissəsi...

حَدَّثَنَا مُحَمَّدُ بْنُ الْحَسَنِ بْنِ أَحْمَدَ بْنِ الْوَلِيدِ رَضِيَ اللَّهُ عَنْهُ قَالَ حَدَّثَنَا الْحُسَيْنُ بْنُ الْحَسَنِ عَنِ الْحُسَيْنِ بْنِ سَعِيدٍ عَنِ ابْنِ أَبِي عُمَيْرٍ عَنْ جَمِيلِ بْنِ صَالِحٍ عَنْ مُحَمَّدِ بْنِ مَرْوَانَ قَالَ سَمِعْتُ الصَّادِقَ جَعْفَرَ بْنَ مُحَمَّدٍ ع يَقُولُ‏ إِنَّ لِلَّهِ تَعَالَى فِي كُلِّ لَيْلِهِ مِنْ شَهْرِ رَمَضَانَ عُتَقَاءَ وَ طُلَقَاءَ مِنَ النَّارِ إِلَّا مَنْ أَفْطَرَ عَلَى مُسْكِرٍ فَإِذَا كَانَ آخِرُ لَيْلَةٍ مِنْهُ أَعْتَقَ فِيهَا مِثْلَ مَا أَعْتَقَهُ فِي جَمِيعِهِ‏.
 
İmam Cəfər Sadiq (ə) buyurur: “Allah-Taala mübarək Ramazan ayının hər gecəsində günahkarların bir hissəsini cəhənnəm odundan xilas edər. Bu mübarək ayın axır gecəsində isə, bütün gecələrdə cəhənnəm odundan azad etdiklərinin sayı qədər xilas edər, amma bu (yəni cəhənnəm odundan qurtuluşla bağlı əfv fərmanı), məstedici içkilərlə orucunu pozana (oruc tutmamaqla yanaşı, həm də şərabxorluq edənə) şamil olunmaz.”
 
(“Fəzailu əşhuris-səlasə” (Üç ayın fəzilətləri), “Ramazan ayının fəzilətləri” bölümü, hədis: 4/54, müəllif: Şeyx Səduq (306-381 h.q), mütərcim: Mirməhəmməd Bəşir - Maide.Az)
 

Google+ WhatsApp ok.ru