HƏDİSLƏR AYNASINDA RƏCƏB AYININ FƏZİLƏTİ – 11

HƏDİSLƏR AYNASINDA RƏCƏB AYININ FƏZİLƏTİ – 11

-- Qiyamət günün xoş sədası: – Haradadır Rəcəb əhli?

 Qiyamət günün xoş sədası: “Əynər-Rəcəbiyyun? – Haradadır Rəcəb əhli?”

«عَنْ أَبِي رُمْحَةَ الْحَضْرَمِيِّ قَالَ سَمِعْتُ جَعْفَرَ بْنَ مُحَمَّدِ بْنِ عَلِيٍّ (ع) يَقُولُ إِذَا كَانَ يَوْمُ الْقِيَامَةِ نَادَى مُنَادٍ مِنْ بُطْنَانِ الْعَرْشِ أَيْنَ الرَّجَبِيُّونَ فَيَقُومُ أُنَاسٌ يُضِي‏ءُ وُجُوهُهُمْ لِأَهْلِ الْجَمْعِ عَلَى رُءُوسِهِمْ تِيجَانُ الْمُلْكِ مُكَلَّلَةً بِالدُّرِّ وَ الْيَاقُوتِ مَعَ كُلِّ وَاحِدٍ مِنْهُمْ أَلْفُ مَلَكٍ عَنْ يَمِينِهِ وَ أَلْفُ مَلَكٍ عَنْ يَسَارِهِ يَقُولُونَ هَنِيئاً لَكَ كَرَامَةُ اللَّهِ عَزَّ وَ جَلَّ يَا عَبْدَ اللَّهِ فَيَأْتِي النِّدَاءُ مِنْ عِنْدِ اللَّهِ جَلَّ جَلَالُهُ عِبَادِي وَ إِمَائِي وَ عِزَّتِي وَ جَلَالِي لَأُكْرِمَنَّ مَثْوَاكُمْ وَ لَأُجْزِلَنَّ عَطَاكُمْ [عَطَايَاكُمْ‏] وَ لَأُوتِيَنَّكُمْ مِنَ الْجَنَّةِ غُرَفاً تَجْرِي مِنْ تَحْتِهَا الْأَنْهارُ خالِدِينَ فِيها نِعْمَ أَجْرُ الْعامِلِينَ إِنَّكُمْ تَطَوَّعْتُمْ بِالصَّوْمِ لِي فِي شَهْرٍ عَظَّمْتُ حُرْمَتَهُ وَ أَوْجَبْتُ حَقَّهُ مَلَائِكَتِي أَدْخِلُوا عِبَادِي وَ إِمَائِي الْجَنَّةَ ثُمَّ قَالَ جَعْفَرُ بْنُ مُحَمَّدٍ (ع) هَذَا لِمَنْ صَامَ مِنْ رَجَبٍ شَيْئاً وَ لَوْ يَوْماً وَاحِداً فِي [مِنْ‏] أَوَّلِهِ أَوْ وَسَطِهِ أَوْ آخِرِهِ‏»؛
Əbu Rumhə Həzrəmi imam Cəfər Sadiqin (ə) belə buyurduğunu nəql edir: 
 
“Qiyamət günü ərşin dərinliyindən səs gələr: “Əynər-Rəcəbiyyun? – Haradadır Rəcəb əhli?” Bu zaman üzləri nur saçan, başlarına mirvari və yaqutlarla zinətlənmiş şahlıq tacları qoyulan bir qrup adama hər birinin sağ-solunda olan minlərlə mələk “Allahın kəraməti sizə mübarək olsun, ey Allahın bəndələri!” deyər. Bu zaman Allah-Taala tərəfindən belə nida gələr: “Ey Mənim bəndələrim, and olsun izzət və cəlalıma, sizin məqamınız ali, mükafatınızı qiymətli edəcəm, sizə cənnətdə altından çaylar axan otaqlar verəcəm ("Ənkəbut"/58) və siz orada əbədi sakin olacaqsınız! Nə yaxşıdır əməl edənlərin muzdu! Siz mənim üçün hörmətini böyük və haqqını vacib etdiyim ayda oruc tutdunuz. Ey mənim mələklərim, mənim bəndələrimi cənnətə daxil edin!”
İmam Sadiq (ə) əlavə edərək buyurdu: “Bu savablar təkcə Rəcəb ayında bir neçə gün (ayın əvvəli, ortası ya axırı) oruc tutanın mükafatıdır.” (“Rövzətul-vaizin”, Fəttal Nişapuri, 2/401.)
(“Fəzailu əşhuris-səlasə” (Üç ayın fəzilətləri), Şeyx Səduq, mütərcim: Mirməhəmməd Bəşir) (Maide.Az)
 

Google+ WhatsApp ok.ru