HƏDİSLƏR AYNASINDA RƏCƏB AYININ FƏZİLƏTİ – 12

HƏDİSLƏR AYNASINDA RƏCƏB AYININ FƏZİLƏTİ – 12

-- Rəcəb ayında üzürlü səbəbdən oruc tuta bilməyənlərə tövsiyə

Rəcəb ayında üzürlü səbəbdən oruc tuta bilməyənlərə tövsiyə:

Əbu Səid Xudri nəql edir: Peyğəmbərdən (s) soruşdular:

يَا نَبِيَّ اللَّهِ فَمَنْ عَجَزَ عَنْ صِيَامِ رَجَبٍ لِضَعْفٍ أَوْ لِعِلَّةٍ كَانَتْ بِهِ أَوِ امْرَأَةٌ غَيْرُ طَاهِرَةٍ يَصْنَعُ مَا ذَا لِيَنَالَ مَا وَصَفْتَ قَالَ يَتَصَدَّقُ فِي كُلِّ يَوْمٍ بِرَغِيفٍ عَلَى الْمَسَاكِينِ وَ الَّذِي نَفْسِي بِيَدِهِ إِنَّهُ إِذَا تَصَدَّقَ بِهَذَا الصَّدَقَةِ فَيَنَالُ مَا وَصَفْتُ وَ أَكْثَرَ إِنَّهُ لَوِ اجْتَمَعَ جَمِيعُ الْخَلَائِقِ عَلَى أَنْ يُقَدِّرُوا قَدْرَ ثَوَابِهِ مِنْ أَهْلِ السَّمَوَاتِ وَ الْأَرَضِينَ مَا بَلَغُوا عُشْرَ مَا يُصِيبُ فِي الْجِنَانِ مِنَ‏ الْفَضَائِلِ وَ الدَّرَجَاتِ قِيلَ يَا رَسُولَ اللَّهِ (ص) فَمَنْ لَمْ يَقْدِرْ عَلَى هَذِهِ الصَّدَقَةِ يَصْنَعُ مَا ذَا لِيَنَالَ مَا وَصَفْتَ قَالَ فَيُسَبِّحُ اللَّهَ عَزَّ وَ جَلَّ كُلَّ يَوْمٍ مِنْ رَجَبٍ إِلَى تَمَامِ ثَلَاثِينَ يَوْماً بِهَذَا التَّسْبِيحِ مِائَةَ مَرَّةٍ سُبْحَانَ الْإِلَهِ الْجَلِيلِ سُبْحَانَ مَنْ لَا يَنْبَغِي التَّسْبِيحُ إِلَّا لَهُ سُبْحَانَ الْأَعَزِّ الْأَكْرَمِ سُبْحَانَ مَنْ لَبِسَ الْعِزَّ وَ هُوَ لَهُ أَهْلٌ‏؛

“Ey Allahın Rəsulu (s)! Rəcəb ayında zəiflik və ya xəstəlik ubatındanə oruc tutmağa aciz olanlar, eləcə də, pak olmayan qadınlar bu savaba çatmaq üçün nə etsinlər?”

Peyğəmbər (s) buyurdu: “Hər gün miskinlərə (yoxsullara) bir çörək versin. And olsun canımın sahibinə, əgər bu sədəqəni versə, Rəcəb ayında oruc tutanla verilən savaba, hətta daha artığına nail olacaqdır. Belə ki, bütün yaranmışlar onun savabını saymaq üçün bir yerə toplansalar da, cənnətdə ona veriləcək fəzilət, məqam və dərəcələrin ondan biri qədərini hesab edib sona çatdıra bilməzlər.”

Soruşdular: “Ey Allahın Rəsulu (s) əgər bir kəs bu sədəqəni də verə bilməsə, nə etsin ki, bu savaba çatsın?”

Peyğəmbər (s) buyurdu: “Hər gün (Rəcəb ayının 30 gününü) yüz dəfə aşağıdakı zikri desin:

سُبْحَانَ الْإِلَهِ الْجَلِيلِ سُبْحَانَ مَنْ لَا يَنْبَغِي التَّسْبِيحُ إِلَّا لَهُ سُبْحَانَ الْأَعَزِّ الْأَكْرَمِ سُبْحَانَ مَنْ لَبِسَ الْعِزَّ وَ هُوَ لَهُ أَهْلٌ‏

"Sübhanəl ilahil cəlil. Sübhanə mən la yənbəğit-təsbihu illa ləhu. Sübhanəl əəzzil əkrəm. Sübhanə mən ləbisəl izzə və huvə ləhu əhlun."

(“Əl-Əmali”, Şeyx Səduq, səh.539, məclis 80; “Səvabul-əmal və iqabul-əmal”, Şeyx Səduq, səh.58, “Rəcəb ayının orucunun savabı” bölümü; “Fəzailu əşhuris-səlasə” (Üç ayın fəzilətləri), Şeyx Səduq, mütərcim: Mirməhəmməd Bəşir.) /

Google+ WhatsApp ok.ru