HƏDİSLƏR AYNASINDA RƏCƏB AYININ FƏZİLƏTİ – 7

HƏDİSLƏR AYNASINDA RƏCƏB AYININ FƏZİLƏTİ – 7

-- Rəcəb Allah-Taalanın ayıdır

Rəcəb Allah-Taalanın ayıdır:

«عَنْ أَبِي سَعِيدٍ الْخُدْرِيِّ قَالَ: قَالَ رَسُولُ اللَّهِ (ص): أَلَا إِنَّ رَجَبَ شَهْرُ اللَّهِ الْأَصَمُّ وَ هُوَ شَهْرٌ عَظِيمٌ وَ إِنَّمَا سُمِّيَ الْأَصَمَّ لِأَنَّهُ لَا يُقَارِنُهُ شَهْرٌ مِنَ الشُّهُورِ عِنْدَ اللَّهِ عَزَّ وَ جَلَّ حُرْمَةً وَ فَضْلًا وَ كَانَ أَهْلُ الْجَاهِلِيَّةِ يُعَظِّمُونَهُ فِي جَاهِلِيَّتِهَا فَلَمَّا جَاءَ الْإِسْلَامُ لَمْ يَزْدَدْ إِلَّا تَعْظِيماً وَ فَضْلًا، أَلَا وَ إِنَّ رَجَبَ شَهْرُ اللَّهِ وَ شَعْبَانَ شَهْرِي وَ شَهْرَ رَمَضَانَ شَهْرُ أُمَّتِي»

Əbu Səid Xudri Peyğəmbəri-Əkrəmdən (s) belə nəql edir: “Agah olun ki, Rəcəb Allahın “Əsəm” ayıdır və o, böyük bir aydır. Allah yanında ondan hörmətli və fəzilətli bir ay olmadığı üçün “Əsəm” adlandı. Cahiliyyət dönəmində bu ay hörmətlə yad edilirdi. İslam gəldikdən sonra hörmət və fəziləti daha da artdı. Agah olun, Rəcəb Allahın ayı, Şəban mənim ayım və Ramazan ümmətimin ayıdır.”

(“Fəzailu əşhuris-səlasə” (Üç ayın fəzilətləri), Şeyx Səduq, mütərcim: Mirməhəmməd Bəşir)

 

Google+ WhatsApp ok.ru