HƏDİSLƏR AYNASINDA ŞƏBAN AYININ FƏZİLƏTİ-12

HƏDİSLƏR AYNASINDA ŞƏBAN AYININ FƏZİLƏTİ-12

-- Şəban ayında oruc tutana qiyamət günü rəhmət, məğfirət və...

Şəban ayında oruc tutana qiyamət günü rəhmət, məğfirət və kəramət nəsib olar və o, cənnətdə:

حَدَّثَنَا مُحَمَّدُ بْنُ إِبْرَاهِيمَ بْنِ إِسْحَاقَ قَالَ حَدَّثَنَا أَحْمَدُ بْنُ مُحَمَّدٍ الْكُوفِيُّ عَنْ عَلِيِّ بْنِ الْحَسَنِ بْنِ عَلِيِّ بْنِ فَضَّالٍ عَنْ أَبِيهِ عَنْ أَبِي الْحَسَنِ الرِّضَا ع قَالَ:

«مَنْ صَامَ أَوَّلَ يَوْمٍ مِنْ شَعْبَانَ وَجَبَتْ لَهُ الرَّحْمَةُ

وَ مَنْ صَامَ يَوْمَيْنِ مِنْ شَعْبَانَ وَجَبَتْ لَهُ الرَّحْمَةُ وَ الْمَغْفِرَةُ وَ الْكَرَامَةُ مِنَ اللَّهِ عَزَّ وَ جَلَّ يَوْمَ الْقِيَامَةِ

وَ مَنْ صَامَ شَهْرَ رَمَضَانَ وَجَبَتْ لَهُ الرَّحْمَةُ

وَ مَنْ صَامَ ثَلَاثَةَ أَيَّامٍ مِنْ آخِرِ شَعْبَانَ وَ وَصَلَهَا بِصِيَامِ شَهْرِ رَمَضَانَ كَتَبَ اللَّهُ لَهُ صَوْمَ شَهْرَيْنِ مُتَتَابِعَيْنِ

وَ مَنْ صَامَ شَهْرَ رَمَضَانَ إِيمَاناً وَ احْتِسَاباً خَرَجَ مِنَ الذُّنُوبِ كَيَوْمَ وَلَدَتْهُ أُمُّهُ».

İmam Rza (ə) buyurur: “Şəban ayının ilk gününü oruc tutana rəhmət vacib olar. Şəban ayında iki gün oruc tutana qiyamət günü Allah-Taalanın rəhmət, məğfirət və kəraməti vacib olar. Hər kəs Ramazan ayının orucunu tutarsa, Allahın rəhməti ona vacib olar. Hər kəs Şəban ayının son üç gününü oruc tutaraq Ramazan ayının orucuna birləşdirərsə, Allah-Taala ona iki ay ardıcıl orucun savabını yazar. Hər Ramazan ayında imanla, Allahın əmrini təsdiq edərək, əmr olunduğu işi yerinə yetirmək, Allahın razılığını və vədə verilmiş savabın qazanılması üçün (nəfsinin vəsvəsələri qarşısında səbir edib) oruc tutarsa, anadan yeni doğulmuş kimi günahlardan paklanar.”

ثُمَّ قَالَ ع: حَدَّثَنِي أَبِي عَنْ أَبِيهِ عَنْ جَدِّهِ ع أَنَ‏ رَسُولَ اللَّهِ ص قَالَ:

«مَنْ أَدْرَكَ شَهْرَ رَمَضَانَ فَلَمْ يُغْفَرْ لَهُ فَأَبْعَدَهُ اللَّهُ

وَ مَنْ أَدْرَكَ لَيْلَةَ الْقَدْرِ فَلَمْ يُغْفَرْ لَهُ فَأَبْعَدَهُ اللَّهُ

وَ مَنْ حَضَرَ الْجُمُعَةَ مَعَ الْمُسْلِمِينَ فَلَمْ يُغْفَرْ لَهُ فَأَبْعَدَهُ اللَّهُ

وَ مَنْ أَدْرَكَ وَالِدَيْهِ أَوْ أَحَدَهُمَا فَلَمْ يُغْفَرْ لَهُ فَأَبْعَدَهُ اللَّهُ

وَ مَنْ ذُكِرْتُ عِنْدَهُ فَصَلَّى عَلَيَّ فَلَمْ يُغْفَرْ لَهُ فَأَبْعَدَهُ اللَّهُ.

قِيلَ يَا رَسُولَ اللَّهِ! كَيْفَ يُصَلِّي عَلَيْكَ وَ لَا يُغْفَرُ لَهُ؟

فَقَالَ: إِنَّ الْعَبْدَ إِذَا صَلَّى عَلَيَّ وَ لَمْ يُصَلِّ عَلَى آلِي تِلْكَ الصَّلَاةَ فَضُرِبَ بِهَا وَجْهَهُ وَ إِذَا صَلَّى عَلَيَّ وَ عَلَى آلِي غُفِرَ لَهُ»‏.

Sonra imam Rza (ə) əlavə etdi: Atam mənə öz babaları vasitəsilə hədis etdi ki, Allahın Rəsulu (s) buyurmuşdur:

“Hər kəs Ramazan ayını dərk edərsə, amma günahları bağışlanmazsa – (yəni günahlarının bağışlanması üçün çalışmazsa), Allah onu Özündən uzaqlaşdırar.

Hər kəs “Qədr” gecəsini dərk edərsə və günahları bağışlanmazsa, Allah onu Özündən uzaqlaşdırar.

Hər kəs “Cümə” gününü (və ya müsəlmanlarla birlikdə camaat namazı qılmağı) dərk edərsə və günahları bağışlanmazsa, Allah onu özündən uzaqlaşdırar.

Hər kəs valideynini və ya onlardan birinin həyatını dərk edərsə və günahları bağışlanmazsa (yəni onlara xidmət etmək vasitəsilə günahlarının bağışlanması üçün çalışmazsa), Allah onu Özündən uzaqlaşdırar.

Hər kəsin yanında mənim adım keçərsə və o da mənə salavat gönrərəsə və günahları bağışlanmazsa, Allah onu özündən uzaqlaşdırar.”

Dedilər: “Ey Allahın Rəsulu! Bu necə olur ki, bir kəs sənin adın gələndə sənə salavat göndərir, amma günahları bağışlanmır?”

Peyğəmbər (s) buyurdu: “Hər kəs mənə salavat göndərərkən övladlarıma da salavat göndərməzsə, bu salavat onun üzünə çırpılar (yəni “Əllahummə səlli əla Muhəmməd” dedikdən sonra, “və ali-Muhəmməd” deməzsə, bu salavat qəbul olunmaz). Amma mənə və övladlarıma birlikdə salavat (Əllahummə səlli əla Muhəmməd və ali Muhəmməd) deyərsə, Allah-Taala onun günahlarını bağışlayar.”

Mənbə: “Fəzailu əşhuris-səlasə”, Şeyx Səduq – Əbu Cəfər Məhəmməd ibn Babəvəyh Qummi (306-381 h.q), “Fəzailu şəhri-Şəban” bölümü, hədis 31.

Mütərcim: Mirməhəmməd Bəşir (Maide.Az)

 

Google+ WhatsApp ok.ru