HƏDİSLƏR AYNASINDA ŞƏBAN AYININ FƏZİLƏTİ-6

HƏDİSLƏR AYNASINDA ŞƏBAN AYININ FƏZİLƏTİ-6

-- Şəban ayında 4-7 gün oruc tutmağın savabı

Şəban ayında 4-7 gün oruc tutmağın savabı:

Peyğəmbəri-Əkrəm (s) imam Əliyə (ə) buyurmuşdur:

...مَنْ صَامَ أَرْبَعَةَ أَيَّامٍ مِنْ شَعْبَانَ وُسِّعَ عَلَيْهِ فِي الرِّزْقِ

“Hər kəs Şəban ayında dörd gün oruc tutarsa, Allah-Taala onun ruzisini (və ruzi qazandığı vasitələri) genişləndirər.”

وَ مَنْ صَامَ خَمْسَةَ أَيَّامٍ مِنْ شَعْبَانَ حُبِّبَ إِلَى الْعِبَادِ

“Hər kəs Şəban ayında beş gün oruc tutarsa, Allah-Taala onu bəndələri arasında sevimli edər.”

وَ مَنْ صَامَ سِتَّةَ أَيَّامٍ مِنْ شَعْبَانَ صُرِفَ عَنْهُ سَبْعُونَ لَوْناً مِنَ الْبَلَاءِ

“Hər kəs Şəban ayında altı gün oruc tutarsa, Allah-Taala ondan 70 növ bəlanı dəf edər.”

وَ مَنْ صَامَ سَبْعَةَ أَيَّامٍ مِنْ شَعْبَانَ عُصِمَ مِنْ إِبْلِيسَ وَ جُنُودِهِ دَهْرَهُ وَ عُمُرَهُ (وَ هَمْزِهِ وَ غَمْزِه‏)

“Hər kəs Şəban ayında yeddi gün oruc tutarsa, Allah-Taala onun həyatını İblis və onun qoşunlarının azdırıcı vəsvəsə və işarələrindən qoruyar.”

(“Fəzailu əşhuris-səlasə” (Üç ayın fəzilətləri), Şeyx Səduq, mütərcim: Mirməhəmməd Bəşir)

Google+ WhatsApp ok.ru