HƏDİSLƏR AYNASINDA ŞƏBAN AYININ FƏZİLƏTİ-7

HƏDİSLƏR AYNASINDA ŞƏBAN AYININ FƏZİLƏTİ-7

-- Şəban ayında 8-15 gün oruc tutmağın savabı

Şəban ayında 8-15 gün oruc tutmağın savabı:

Peyğəmbəri-Əkrəm (s) imam Əliyə (ə) buyurmuşdur:

وَ مَنْ صَامَ ثَمَانِيَةَ أَيَّامٍ مِنْ شَعْبَانَ لَمْ يَخْرُجْ مِنَ الدُّنْيَا حَتَّى يُسْقَى مِنْ حِيَاضِ الْقُدْسِ

“Hər kəs Şəban ayında səkkiz gün oruc tutarsa, bu dünyada cənnət çaylarının suyundan içməmiş ölməyəcək (yəni ölüm zamanı ölüm mələyi onun ruhunu almamış ona cənnət suyu verər və sonra ruhunu bədəndən ayırar).”

وَ مَنْ صَامَ تِسْعَةَ أَيَّامٍ مِنْ شَعْبَانَ عَطَفَ عَلَيْهِ مُنْكَرٌ وَ نَكِيرٌ عِنْدَ مَا يَسْأَلَانِهِ

“Hər kəs Şəban ayında doqquz gün oruc tutarsa, qəbrin ilk gecəsi Nəkir və Münkər (mələkləri) onunla mehriban davranarlar.”

وَ مَنْ صَامَ عَشَرَةَ أَيَّامٍ مِنْ شَعْبَانَ وَسَّعَ اللَّهُ عَلَيْهِ قَبْرَهُ سَبْعِينَ ذِرَاعاً

“Hər kəs Şəban ayında on gün oruc tutarsa, Allah-Taala qəbri (bərzəx aləmini) onun üçün genişləndirər (yəni qəbir əzabı və sıxıntısandan qurtular).”

وَ مَنْ صَامَ أَحَدَ عَشَرَ يَوْماً مِنْ شَعْبَانَ ضُرِبَ عَلَى قَبْرِهِ إِحْدَى عَشْرَةَ مَنَارَةً مِنْ نُورٍ

“Hər kəs Şəban ayında on bir gün oruc tutarsa, onun qəbrinə on bir nur minarəsi qoyular (yəni qəbrinin qaranlığı aradan qaldırılar və bərzəx aləmində ona xoş keçər).”

وَ مَنْ صَامَ اثْنَيْ عَشَرَ يَوْماً مِنْ شَعْبَانَ زَارَهُ فِي قَبْرِهِ كُلَّ يَوْمٍ سَبْعُونَ أَلْفَ مَلَكٍ إِلَى النَّفْخِ فِي الصُّورِ

“Hər kəs Şəban ayında on iki gün oruc tutarsa, qiyamət gününün başlanmasını elan edən “sur” (şeypur) çalınana qədər hər gün onu qəbrində 70 min mələk ziyarət edər.”

وَ مَنْ صَامَ ثَلَاثَةَ عَشَرَ يَوْماً مِنْ شَعْبَانَ اسْتَغْفَرَتْ لَهُ مَلَائِكَةُ سَبْعِ سَمَاوَاتٍ

“Hər kəs Şəban ayında on üç gün oruc tutarsa, yeddi göyün mələkləri onun üçün “istiğfar” edər və onun günahlarının bağışlanmasını Allahdan istəyərlər.”

وَ مَنْ صَامَ أَرْبَعَةَ عَشَرَ يَوْماً مِنْ شَعْبَانَ أُلْهِمَتِ الدَّوَابُّ وَ السِّبَاعُ حَتَّى الْحِيتَانُ فِي الْبُحُورِ أَنْ يَسْتَغْفِرُوا لَهُ.

“Hər kəs Şəban ayında on dörd gün oruc tutarsa, quruda və suda yaşayan bütün heyvanlara, hətta dəryalardakı balıqlara, onun üçün “istiğfar” etmələri ilham edilər (və quruda və suda yaşayan heyvanlar Allahdan onun günahlarının bağışlanmasını istəyərlər).”

وَ مَنْ صَامَ خَمْسَةَ عَشَرَ يَوْماً مِنْ شَعْبَانَ نَادَاهُ رَبُّ الْعِزَّةِ لَا أُحْرِقُكَ بِالنَّارِ

“Hər kəs Şəban ayında on beş gün oruc tutarsa, Allah-Taala ona xitab edər ki, səni cəhənnəm odunda yandırmayacağam.”

(“Fəzailu əşhuris-səlasə” (Üç ayın fəzilətləri), Şeyx Səduq, mütərcim: Mirməhəmməd Bəşir)

 

 

Google+ WhatsApp ok.ru