HƏMAS lideri Qəzza zolağı sərhədlərində etirazların davam etdiriləcəyini bəyan edib

HƏMAS lideri Qəzza zolağı sərhədlərində etirazların davam etdiriləcəyini bəyan edib

-- Qurbanlarımız marşın davam etdirilməsi üçün bir növ “yanacaq”dır

Qəzza zolağında hakim HƏMAS hərəkatının lideri İsmayıl Haniyə “Böyük qayıdış marşı”nın davam etdiriləcəyini bəyan edib.
 
“Qayıdış marşı davam edir, davam edir, davam edir...”, - deyə İ.Haniyə Qəzza şəhəri yaxınlığındakı ən böyük etiraz düşərgəsində jurnalistlərə bildirib.
 
“Qurbanlarımız marşın davam etdirilməsi üçün bir növ “yanacaq”dır”, - deyə o qeyd edib.
 
Xatırladaq ki, ABŞ-ın Fələstinin işğal olunmuş ərazilərindəki səfirliyini  mayın 14-də Təl-Əvivdən Qüdsə köçürülüb. Fələstinlilər ABŞ səfirliyinin Qüdsə köçürülməsi ilə bağlı Qəzza sərhədində aksiya keçirib. İsrail hərbçilərinin aksiyaçıları atəşə tutması nəticəsində 61 fələstinli şəhid olub, 3000-dən çox fələstinli yaralanıb.
 

Google+ WhatsApp ok.ru