HƏMAS Mahmud Abbası sərt tənqid etdi

HƏMAS Mahmud Abbası sərt tənqid etdi

-- “Mahmud Abbasın yalvarmağa oxşayan çıxışı qəbul edilə bilməz”

Fələstinin HƏMAS hərəkatı Mahmud Abbasın BMT Təhlükəsizlik Şurasındakı çıxışına etiraz edib. 

HƏMAS-dan verilən yazılı açıqlamada bildirilib ki, Mahmud Abbasın çıxışı arzu olunan şəkildə olmayıb və Fələstin xalqının maraqlarını təmsil etmir. 

 “Bu çıxış Oslo razılaşmasınını bitirilməsini istəyən və işğalçılar ilə müzakirələrə qayıtmağı rədd edən milli maraqlı özündə əks etdirmir”, - deyə açıqlamada diqqətə çatdırılıb.   

Qeyd olunub ki, ABŞ Qüds qərarından geri addım atmadığı müddət ərzində Mahmud Abbasın yalvarmağa oxşayan çıxışı qəbul edilə bilməz. (eastnews.org)

Google+ WhatsApp ok.ru