HƏMAS rəsmisi: `Fəth` siyasi ab-havanı zəhərləməyə çalışır 06 Avqust 2018 01:00 Fələstin HƏMAS hərəkatı öz rəqibi Fələstinin "Fəth" iqtidarını iki hərəkatı yaxınlaşdırmaqla bağlı Misirin vasitəçilik cəhdlərinə qarşı fəaliyyət göstərməkdə ittiham edib. Maide.Az "Felestin.info"-a istinadən xəbər verir ki, bununla bağlı etirazını HƏMAS-ın sözçüsü Sami Əbu Zuhri öz "Twitter" səhifəsində yazıb. Əbu Zuhri bunları yazıb: "Fəth sistematik olaraq mənim partiyama qarşı mövcud ab-havanı zəhərləyəcək addımlar atır, Misirin vasitəçilik səylərini pozmağa çalışır". HƏMAS nümayəndəsi "Fəth" hərəkatını neqativ əməllərə son qoymağa, 2006-cı il seçkilərində uduzduğunu və hazırda sıravi Fələstin fraksiyalarından biri olması reallığını unutmamağa çağırıb. O, həmçinin rəqib partiyanı Prezident Mahmud Abbasın səlahiyyət müddəti bitdiyi üçün legitimliyini itirdiyini dərk etməyə, hazırda legitimliyin yeganə yolunun ümumxalq seçkilərinin və ümummilli rəy birliyinin olduğunu başa düşməyə çağırıb. Teqlər : #HƏMAS rəsmisi: `Fəth` siyasi abhavanı zəhərləməyə çalışır, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru 3-cü Azadlıq gəmisi Qəzzadan hərəkətə başlayıb İsrail ordusu TRT-nin müxbirini həbs edib
Şeyx Sərdar Hacıhəsənli: Bu gün hegemon ölkələr sionistlərin arxasında durduğu üçün müsəlmanların qanı tökülür
Azərbaycanlı tələbələr işğalçı İsrail rejiminin Qəzzada törətdiyi cinayətləri pisləyən bəyanat yayımlayıb
HƏMAS bəzi ərəb və müsəlman ölkələrinin işğalçı İsrail rejimi ilə müştərək hərbi təlimlərə qoşulmasını pisləyib
Son 4 gün ərzində: ABŞ Dövlət katibi və sionist Israil rejiminin XİN başçısı ikinci dəfə danışıqlar aparıblar