Həbs edilən 17 yaşlı  fələstinli qız azadlığa çıxdı-VİDEO

Həbs edilən 17 yaşlı fələstinli qız azadlığa çıxdı-VİDEO

-- O Fələstinli qadın məhbusların hüquqlarının pozulmasının qarşısını almaq üçün işğalçı İsrailə təzyiq göstərilməsini istəyib

Qərbi şəriyədə işğalçı rejim əsgərini  bıçaqlamaqda ittiham olunan və 2016-cı ildə həbs edilən 17 yaşlı  fələstinli qız Emel Camal Gabha ötən gün sərbəst buraxılıb. 
 
Madie.Az  “yenisafak”-a istinadən xəbər verir ki,  Fələstinin işğal olunmuş ərazilərində yerləşən  Hasharon həbsxanasında  18 ay həbsdə saxlanılan Emel  Camal  azadlığa çıxdıqdan sonra  mətbuata verdiyi açıqlamada  Fələstinli qadın məhbusların hüquqlarının pozulmasının qarşısını almaq üçün işğalçı İsrailə təzyiq göstərilməsini istəyib.
 
“Qadın məhbusların əsas insan hüquqlarından məhrumdur, xəstələr müalicə olunmur,  qadınların saxlanma şəraiti yaxşı deyil və otaqlarda məhbus sıxlığı var.  Və bu problemlərin həll edilməsini tələb edirik”. 
 
Qeyd edək ki, işğalçı İsrail rejim həbsxanalarında 7 minə yaxın fələstinli məhbus var ki, onlardan 350-ci uşaq və 60-ı isə  qadındır.

 

Google+ WhatsApp ok.ru