Həcc ziyarəti üçün Azərbaycana ayrılan kvota dolub 14 May 2018 01:00 Ölkə -- 1170 zəvvar sənəd verib Azərbaycanda Həcc ziyarətinə sənəd qəbulu başa çatıb, ayrılan kvota dolub. Maide.Az APA-ya istinadən xəbər verir ki, Azərbaycandan Həcc ziyarəti üçün 1170 zəvvar sənəd verib. Bildirilib ki, ehtiyac yarandığı halda, əlavə sənəd qəbulu aparıla bilər. Qeyd edək ki, bu il üçün Azərbaycandan Həcc ziyarətinin xərci 4150 dollardır. Zəvvarların uçuşunu Azərbaycan Hava Yolları (AZAL) təşkil edəcək. Zəvvarların səfərləri avqustun 14-ü, 15-i və 16-da baş tutacaq, dönüş isə sentyabrın 1-i, 2-si və 3-nə planlaşdırılıb. Yaxın Şərqdə baş verən münaqişələr səbəbindən ziyarət yalnız təyyarə reysləri ilə təşkil olunur. Teqlər : #Həcc ziyarəti üçün Azərbaycana ayrılan kvota dolub, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru I və IV qrupların abituriyentlərinin nəzərinə Lökbatan-Qobu-Hökməli yolunda hərəkət məhdudlaşdırılır