Həcc ziyarətinə gedən 58 nəfərdə Malyariya xəstəliyi aşkarlanıb

Həcc ziyarətinə gedən 58 nəfərdə Malyariya xəstəliyi aşkarlanıb

Səudiyyə Ərəbistanın Səhiyyə Nazirliyi elan edib ki, Məkkə və Mədinədə 8 ölkədən Həcc ziyarətinə gəlmiş zəvvarlar arasında Malyariya xəstəliyi aşkarlanıb. 
 
Maide.Az xəbər verir ki, Səudiyyə Ərəbistanın Səhiyyə Nazirliyinin bəyanatında bildirilir ki, 58 zəvvarda Malyariya xəstəliyi aşkarlanıb və onlar müalicə olunub. 
 
Hazırda bu xəstəlikdən əziyyət çəkən iki nəfər xəstəxanada müalicə alır, digərləri müalicə olunaraq evə buraxılıb. 
 
Bəyanatda Malyariya xəstəliyinə tutulanların hamısının digər ölkələrdən olduğu bildirilib. Lakin hansı ölkələrdən olduğu açıqlanmayıb. /

Google+ WhatsApp ok.ru