Həccə gedəcək zəvvarlar peyvənd olunacaq 14 Fevral 2018 02:00 Ölkə -- ehtimal olunan qrip epidemiyasına görə Azərbaycandan bu il Həcc ziyarətinə gedəcək zəvvarlar peyvənd olunacaq. Maide.Az xəbər verir ki. APA-nın məlumatına görə, bu barədə zəvvarlara təqdim olunan Həcc ziyarəti müqaviləsindəki şərtlərdə qeyd olunub. Bildirilir ki, Səudiyyə Ərəbistanında yayıla biləcəyi ehtimal olunan qrip epidemiyasına görə zəvvarların peyvənd olunması lazımdır. Qeyd edək ki, Azərbaycanda bu il Həcc ziyarətinə sənədlərin qəbulu başlayıb, ziyarətin qiyməti 4150 ABŞ dollarıdır. Azərbaycandan Həcc ziyarətini Qafqaz Müsəlmanları İdarəsi təşkil edir. Teqlər : #Həccə gedəcək zəvvarlar peyvənd olunacaq, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Azərbaycanda sabaha olan hava proqnozu açıqlanıb Tələbə qəbulu qaydalarında - DƏYİŞİKLİK