Həmas Qəzzanı Mahmud Abbas hökumətinə təhvil verir

Həmas Qəzzanı Mahmud Abbas hökumətinə təhvil verir

Həmas rəhbərliyi Misirdə həyata keçirdiyi müzakirələrdən sonra gözlənilməz addım atıb.
 
Mart ayında Qəzzada yaratdığı İnzibati Komitə ləğv etmə qərarı alıb.Həmas, Fələstindəki mart ayında yaratdığı İnzibati Komitəni siyasi pərakəndəliyə son qoymaq üçün ləğv etdiyini bildirib.
 
Fələstin Koalisiya Hökumətinin Qəzzada idarəetməni təhvil almasını istəyən Həmas, parlament seçkilər keçirilməsinə və Fəth ilə dialoqa hazır olduğunu açıqlayıb. Xitam qərarı, tərəflərin Misirdəki görüşündən sonra verilib.
 
Fəth hərəkatı bu açıqlamanı məmnuniyyətlə qarşılayıb. Fələstin Koalisiya Hökuməti yaxın zamanda Qəzzada idarəetməni təhvil alacaq.
 
Qeyd edək ki, Fələstin prezidenti Mahmud Abbas, İnzibati Komitə yaradılandan sonra Qəzza zolağına qarşı iqtisadi sanksiya qərarı almışdı. Misir və İsrail də son illər Qəzza zolağına qarşı ağır embarqo və blokada tətbiq edirdi. Qəzza zolağına sanksiyalar nəticəsində bölgəyə gündə iki saat elektrik enerjisi verilirdi. (faktxeber)

Google+ WhatsApp ok.ru