Həmas rəsmisi Qəzzada terror edildi

Həmas rəsmisi Qəzzada terror edildi

Fələstin İslami Müqavimət Hərəkatı (Həmas) elan edib ki, sionist İsrail rejimi bu hərəkatın yüksək çinli rəsmilərindən Mazen Fuqahanı Qəzzada terror edib. 
 
Maide.Az xəbər verir ki, ötən gecə Həmas bəyanat yayaraq bildirib ki, Həmas və onun hərbi qolu İsrail rejimi və onun müttəfiqləri bu nifrətoyadıcı cinayətdə məsuliyyət daşıyır. “İsrail bilir ki, müqavimət hərəkatının mübarizlərinin tökülən qanı yerdə qalmayacaq və Həmas bilir bu cinayətin cavabını necə versin”.  
 
38 yaşlı M.Fuqaha Qəzzanın Tell al-Hama bölgəsində öldürülüb. Bu cinayətlə bağlı təhqiqat aparılır. 
 
Sionist rejim hələlik bu cinayətlə bağlı açıqlama verməyib. 
 
M.Fuqahanın dəfn mərasimi bu gün təşkil olunacaq. 
 

Google+ WhatsApp ok.ru