`Həmas`dan Şahzadə Çarlza çağırış

`Həmas`dan Şahzadə Çarlza çağırış

-- `Yanlış qərardan dönün`

"Həmas" təşkilatı Britaniya şahzadəsi Çarlza çağırış edərək işğalçı sionist İsrailin qondarma quruluş günü tədbirində iştirak etməməsini istəyib.
 
Maide.Az "Anadolu" agentliyinə istinadən xəbər verir ki, Çarlzın tədbirdə iştirak etmək istəməsi isə sərt şəkildə qınanılıb:
 
"Onun tədbirdə iştirak edəcək olması 1948-ci ildə sionist qruplaşmaların işlədiyi cinayətləri görməzdən gəlmək deməkdir. Reallıq budur ki, qətliamların törədilməsində ən böyük təşviqi İngiltərə hökuməti edib. Çarlzın niyyəti də onu göstərir ki, İngiltərə İsraillə cinayət ortaqlığını davam etdirir".
 
"Həmas" şahzadəni qərarından dönməyə və Fələstin xalqının kədərini daha da artırmamağa səsləyib.
 
Qeyd edək ki, sionistlərin quruluş günü kimi qeyd etdiyi 15 may Fələstin tərəfindən "Böyük fəlakət" adlandırılır.

Google+ WhatsApp ok.ru