Həmsədrlər iyunun 13-də Ermənistana səfər edəcək

Həmsədrlər iyunun 13-də Ermənistana səfər edəcək

-- Ermənistanın yeni rəhbərliyi ilə danışıqlar

ATƏT-in Minsk qrupunun həmsədrləri Endryu Şofer (ABŞ), Stefan Viskonti (Fransa) və İqor Popovun Ermənistana səfərinin vaxtı açıqlanıb.
 
Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Tiqran Balayan səfərin iyunun 13-də baş tutacağını bildirib.
 
Qeyd edək ki, həmsədrlər Azərbaycan xarici işlər işlər naziri Elmar Məmmədyarovla mayın 15-də Parisdə görüşdən sonra yaydıqları bəyanatlarında iyun ayında Ermənistanın yeni rəhbərliyi ilə danışıqlar aparacaqlarını bildirmişdilər. (musavat.com)

Google+ WhatsApp ok.ru