Hər gün 21 min insan aclıq səbəbindən dünyasını dəyişir 14 Avqust 2018 01:00 Dünya -- 2 milyondan çox ehtiyaclıya qurban əti çatdırılacaq Dünya Aclıq İndeksinə görə, dünyada gedən inkişafa baxmayaraq, 815 milyon insan hələ də aclıqdan əziyyət çəkir. Hər gün 21 min insan aclıq səbəbindən dünyasını dəyişir. Maide.Az xarici KİV-lərə istinadən xəbər verir ki, bir çox ölkədə aclığın əsas səbəbi müharibələr olsa da, bəzi bölgələrdə quraqlıq kimi təbii fəlakətlər də buna səbəb olur. Aclıq və təhlükəli şəraitdə yaşamaqdan qaçan 65 milyon insan, yollarda və çadırlarda qaçqın həyatı yaşayır. Bu tablo qarşısında 5 qitə, 135 ölkə və bölgəyə xeyir körpüsü kimi uzanan Humanitar Yardım Fondu (HYF), sadəcə 2017-ci ildə 23,5 milyon ehtiyac sahibinə yardım etdi. Qəzzadan Arakana, Haitidən Şərqi Türküstana qədər dünyanın dörd bir yanındakı ehtiyaclılara qida yardımı edən HYF-nin ən əhəmiyyətli işlərindən biri də qurban kəsimidir. HYF ötən il qurban bayramında sizlərin də köməyinizlə, 106 ölkə və bölgədə 2 milyon ehtiyaclıya 53500 pay qurban əti çatdırdı. 26 ildir olduğu kimi bu bayram da yola çıxan HYF, bu il qurbanlarınızı 103 ölkə və bölgədə 2 milyondan çox ehtiyaclıya çatdıracaq. Teqlər : #Hər gün 21 min insan aclıq səbəbindən dünyasını dəyişir, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Tbilisidə “İslamda ailə və övlad tərbiyəsi” mövzusunda elmi konfrans keçirilib - FOTO Netanyahu ilə Sisinin gizli görüşü iddia edilib: Qəzzanı müzakirə ediblər
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO