Hər gün bahalaşma

Hər gün bahalaşma

"Novoye Vremya" qəzetində "Kasıb varlıya inanmır" sərlövhəli məqalədə ölkədə bahalaşma mövzusu təhlil edilir.
 
Müəllif baş nazirin müavini Əli Əhmədovun ölkənin ticarət mərkəzlərində ciddi qiymət artımının baş verməməsi haqda dediklərini əsassız sayır.
 
Yazıda vurğulanır ki, hərə öz imkanına uyğun danışır: "Əgər deputatlar, hökumət üzvləri üçün supermarketlərdəki qiymətlər yüksək deyilsə, onları başa düşmək olar. Onların maaşları və digər gəlirləri əhalinin əksəriyyətinin gəlirlərini üstələyir. Bu da sirr deyil ki, artıq bir çox sıravi vətəndaşlar supermarketlərə gedən yolları belə unudublar".
 
Müəllif hesab edir ki, son illərdə varlılar daha da varlanıblar, kasıblar isə bir az da kasıblaşıblar. Kasıblarla varlılar arasında uçurum dərinləşib.
 
Yazıda vurğulanır ki, 200 dollardan bir qədər yuxarı olan orta aylıq maaşla bu super marketlərdə alış-veriş etmək olmaz.
 
Müəllif Tarif Şurası təmsilçilərinin dərman bazarında qiymətlərin dolların məzənnəsindən asılı olması barədə açıqlamasını da ciddi tənqid edir.
 
Yazıda deyilir ki, sanki, bazarda dolların məzənnəsinin qalxması təbii qəbul edilməlidir: "Amma bunun əksi olanda, yəni dolların məzənnəsi enəndə qiymətlər niyə enmir? Axı bir həftədir ki, dollara nisbətdə manat möhkəmlənirdi. Amma nə dərmanların, nə də ərzaq malları və xidmətlərin qiymətləri endi. Bu suala isə Tarif Şurası özü cavab verməlidir". /

Google+ WhatsApp ok.ru