Hər kəsə xəbərdarlıq edildi 29 Mart 2018 01:00 Xəbərlər -- Aprelin ikinci yarısı özünüzü qoruyun Bu ilin aprel ayında bir maqnit fırtınası gözlənilir. Maide.Az "Sputnik"-ə isitnadən xəbər verir ki, bu barədə Günəş Astronomiyasının Rentgen laboratoriyasından (ABŞ) məlumat verilib. Bildirilib ki, bu il aprel ayının 12-də maqnit fırtınası olacaq. Proqnoz Günəşin maqnit ərazisinin analizləri və Günəş küləyinin strukturları əsasında verilib. "70 faiz ehtimalla hadisənin minimum qüvvəsi beş ballıq şkalanın birinci səviyyəsində və 10 faiz ehtimalla ikinci səviyyədə olacaq. 20 faiz ehtimalla isə həmin gün çox az maqnit dalğası ilə müşahidə edilə bilər" – məlumatda bildirilir. Astronomlar, aprelin 1-10-u arasında geomaqnit vəziyyətin sakit olacağını bildirirlər. Məlumata görə, bu dövrdə hətta zəif geomaqnit pozuntularının ehtimalının 10%-dən aşağı olduğu təxmin edilir. "11-15 aprel tarixləri Yerin Günəş küləyinin sıx bir axınının təsirində olacağı dövr olacaq. 15 apreldən sonra qısamüddətli maqnit dalğaları hiss ediləcək. Bu özünü 19, 21, 25 və 26 apreldə daha çox büruzə verəcək" — məlumatda bildirilir. Teqlər : #Hər kəsə xəbərdarlıq edildi, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Venesuelada həbsxanada 70-dən çox insan ölüb “120”lik yolu süpürgəçi niyə təmizləməlidir?