Hər üç işçidən biri müqaviləsiz çalışır

Hər üç işçidən biri müqaviləsiz çalışır

-- 557 işçidən 175-nin müqaviləsiz çalışdığı aşkar olunub

Bakıda çoxmənzilli yaşayış binalarının tikinti yerlərində aparılan monitorinqlər zamanı 557 işçidən 175-nin müqaviləsiz çalışdığı aşkar olunub.
 
Bu haqda Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Əmək Münasibətlərinin Monitorinqi Mərkəzinin açıqlamasında bildirilir.
 
Məlumatda vurğulanır ki, mərkəz ümumilikdə 15 səyyar monitorinq həyata keçirib. Monitorinqlər Bakıda çoxmənzilli yaşayış binalarının inşası ilə məşğul olan - 15-i sifarişçi, 9-u podratçı, 17-si subpodratçı olmaqla - 43 hüquqi və fiziki şəxsi əhatə edib. Məqsəd qeyri-rəsmi əmək münasibətlərinin tənzimlənməsi vəziyyətini öyrənmək olub.
 
Monitorinq nəticəsində aşkar olunmuş faktlar müvafiq tədbirlərin görülməsi məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə və Baş Prokurorluğa göndərilib.
 
Əmək Məcəlləsinə görə, işçilərin əmək müqaviləsi olmadan işə cəlb edilməsində 7 min manatdan 10 min manatadək cərimə və ya üç ilədək həbs nəzərdə tutulur.(azadliq.org)

Google+ WhatsApp ok.ru