Həririnin sözləri seçkinin legitimliyini müzakirəyə çıxardı

Həririnin sözləri seçkinin legitimliyini müzakirəyə çıxardı

-- Həriri bu açıqlaması ilə seçkidəki məğlubiyyətindən dolayı istefa verməyəcəyinə işarə edib

Livan seçkilərinin rəsmi nəticələri hələ də açıqlanmasa da, Livanın baş naziri Səəd Həririnin partiyası Mustakbəl hərəkatının parlamentdəki kürsülərinin sayının 34-dən 21-ə düşdüyünü açıqlayıb.
 
Maide.Az "deyerler.org"a istinadən xəbər verir ki, baş verən itkilərə baxmayaraq, hökuməti yenə ən böyük blok olan Mustakbəl hərəkatı quracaq. Livandakı siyasi sistemə görə baş nazir sünni olmalıdır.
 
Həriri televiziya vasitəsilə verdiyi açıqlamasında, siyasi sabitliyin qorunmasını və bütün livanlıların yaşayış rifahının artmasını təmin etmək üçün seçkiyə daxil olan hər kəsə təşəkkür edib.
 
Livanın baş naziri parlament seçkilərində üzləşdiyi böyük məğlubiyyəti seçki qanunu ilə əlaqələndirib. Seçkinin legitimliyini müzakirəyə çıxaracaq ifadələr işlədən Həriri, yeni seçki məcəlləsinin partiyaların seçkilərdə pozuntular etməsinə imkan verdiyini iddia edib.
 
Uzun illər hakimiyyətdə olan Mustakbəl partiyasının seçkidən götürdüyü nəticəni qiymətləndirən Səəd Həriri, partiyasının böyük çətinliklərlə üz-üzə qaldığını iddia edib: “Bu gün qarşımızda yeni bir mərhələ var, qarşımızda bir çox çətinliklər var. Milli, siyasi və iqtisadi bütün çətinliklərə baxmayaraq, Mustakbəl partiyası liderliyini davam edəcək”.
 
Həriri bu açıqlaması ilə seçkidəki məğlubiyyətindən dolayı istefa verməyəcəyinə işarə edib dedi: “Livan və vətəndaşlar üçün bir şey etmək istəyiriksə birlikdə işləməliyik və işləyəcəyik. Problem yoxdur. Zəif deyilik, çox güclüyük. Qərar verməliyik, hamı ilə birlikdə işləməliyik. Ölkəni birlikdə inşa edəcəyik, başqa yolu yoxdur. Tarixin ortaya qoyduğu şey də budur. Rəfiq Həriri, hamı ilə birlikdə işlədi və ölkəni inşa etdi”.

Google+ WhatsApp ok.ru