Həsən Nəsrullah: `Divar arxasında gizlənəcək İsrail, zəif İsraildir`

Həsən Nəsrullah: `Divar arxasında gizlənəcək İsrail, zəif İsraildir`

"Hər hansı bir qarşıdurma yaşanarsa, Fələstinin işğal olunmuş ərazilərində bir qarış belə müqavimət hərakatının raketlərindən amanda qalmayacaq".
 
Bunu Livanın Hizbullah hərəkatının baş katibi Seyid Həsən Nəsrullah ötən axşam şəhid Mustafa Bədrəddinin şəhadət ildönümü münasibətilə etdiyi çıxışda bildirib.
 
Maide.Az xəbər verir ki, Seyid Həsən Nəsrullah bidlrib ki, İsrail çox yaxşı bilir ki, gələcəkdə baş verən qarşıdurmalar işğal olunmuş ərazilərdə aparılacaq.
 
Qeyd edək ki, Hizbullah komandirlərindən olan Mustafa Bədrəddin ötən il Suriyada Həzrət Zeynəbin (ə) hərəmini qoruyan zaman şəhid olub. 
 
H.Nəsrullah çıxışının davamında  bildirib ki, İsrail rejiminin Hizbullahla üzləşəcəyi hər hansı bir müharibəsi. onların məğlubiyyəti ilə sonlanacaq. “Hazırda Livanın şərqində Suriya ilə sərhəd terrorçulardan təmizlənib və təhlükəsizlik təmin olunub. Hizbullahın daha Livanın şərq sərhədlərində olmasına ehtiyac yoxdur”. 
 
Həsən Nəsrullah işğalçı İsrail rejiminin Livanla sərhəddə divar tikməsi məsələsinə toxunub və deyib ki, bu divarın tikilməsinin anlamı budur ki, Livanın qələbəsini etiraf edirlər. “İşğalçı rejim planlarının və tamahkarlığının uğursuzluğuna etiraf edir. Etiraf edir ki, böyük İsrail layihəsi uğursuz oldu”. 
 
H.Nəsrullah əlavə edib ki, Nil çayından Fərat çayına kimi “Böyük İsrail” məsələsi bitdi! Daha güclü, zülmkar və istədiyini edə biləcək “böyük İsrail” süquta uğradı. Sərhəddə bu divarın tikilməsinin mənası budur. Divar arxasında gizlənəcək İsraill, zəif İsraildir”. /

Google+ WhatsApp ok.ru