Həyat statistika deyil...

Həyat statistika deyil...

`hər gün əhali yeni qiymətlərlə rastlaşır, `pul qabı` daha tez boşalır, inflyasiya isə `kağız` üzərində ilbəil enir.`

"Novoye Vremya" qəzetində  "Ərzağın qiyməti əhəmiyyətli dərəcədə artır"   sərlövhəli məqalə diqqət çəkir.
 
Müəllifə görə, hər gün vətəndaşların alış-verişi onlarda dalğınlığa səbəb olur, belə ki, hər gün əhali yeni qiymətlərlə rastlaşır, "pul qabı" daha tez boşalır, inflyasiya isə "kağız" üzərində ilbəil enir.
 
Müəllif deyir ki, əhali qazancının 1/3-nü, aztəminatlılar isə yarısını qidaya sərf edir.
 
Müəllif bu sahədə rəsmi statistik göstəricilərə şübhə ilə yanaşır və deyir: "İnflyasiya məsələsinə baxaq. Hökumət bundan danışanda hansısa indikatoru başa düşür ki, sabitlik, iqtisadi rifah göstərməlidir. "Orta hesab"la hesablayırlar, o qədər də pis deyil, inflyasiya nəzarətdən çıxırsa manat möhkəmləndirilir və kağızda hər şey yaxşı görünür. Amma həyat statistika deyil".
 
Müəllif xatırladır ki, əhali mağazalarda "kağız" üzərindəki qiymətlərlə yox, real qiymətlərlə haqq-hesab edir, burada isə qiymətlər gündə yox, hər saatda artır: " Məs, son ayda ət, yumurta, süd məhsulları bahalaşıb, idxal məhsullarının, xüsusən, xaricdən gələn yağların qiymətləri daha çox bahalaşır. Bir həftə öncə10 manata olan yağ, indi 14 manata satılır. Son günlər bahalaşma daha kəskin hiss edilir".
 
Müəllif deyir ki, orta statistik sakin gəlirinin 33%-ni qidaya xərcləyir, pensiyaçılarda isə bu 56% təşkil edir, beləliklə aztəminatlıların rasionuna daxil olan qida məhsullarının qiymətləri bahalaşır.
 
Məqalədə deyilir ki, ekspertlər bu bahalaşmanı mövsümi xarakterlə izah edirlər, yəni yayda aqrar sahə məhsullarının qiymətləri enir, amma payızda bahalaşır.
 
Müəllif vurğulayır ki, ölkədə ətin qiymətinin bahalaşması heyvandarlığa aid örüş yerlərinin kənd təsərrüfatı bitkiləri üçün əkin yeri kimi verilməsidir, beləliklə yem bahalaşır, bundan da irəli gələrək ət və ət məhsullarının qiyməti artır.
 
"Qida məhsullarının bahalaşmasının daha bir səbəbi manatın gələcəkdə ucuzlaşa bilməsi ehtimalıdır və həm də bu ilin yayında benzinin bahalaşması da qiymət bahalığına təsir göstərir". Bunu isə ekspert Vahid Məhərrəmli qəzetə bildirir.
 
Ekspert deyir ki, istehsal edilən meyvə və tərəvəzin həcmi azalıb, fermerlər malları indi baha qiymətə satmaq istəyir, çünki bayramlardan sonra onları baha qiymətə alan olmayacaq.(contact.az)
 

Google+ WhatsApp ok.ru