Həzrət Əli (ə) hərəmində Qədr gecəsi və ... - FOTO

Həzrət Əli (ə) hərəmində Qədr gecəsi və ... - FOTO

-- Ramazan ayının 18-dən 19-na keçən gecə

Nəcəfdəki İmam Əlinin (ə) hərəmində Qədr gecəsi və Həzrətin (ə) şəhadətinin növbəti ildönümü münasibətilə mərasim keçirilib. 
 
Maide.Az xəbər verir ki, Əhli-beyt (ə) ardıcılları İraqın müxtəlif bölgələri və digər ölkələrdən Ramazan ayının Qədr gecələrini Həzrəti İmam Əlinin (ə) hərəmində keçirmək üçün Nəcəf şəhərinə axışıb.
 
Qeyd edək ki, Ramazan ayının 18-dən 19-na keçən gecə həm də Həzrət İmam Əli ibni Əbu Talibin (ə) İraqın Kufə məscidində sübh namazında xəvaric tərəfindən zərbətləndiyi gecədir. Bu qılınc yarasından 2 gün sonra İmam Əli (ə) şəhadətə qovuşub.
 
Mərasimdən çəkilmiş görüntüləri təqdim edirik:  
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Google+ WhatsApp ok.ru