Həzrəti Məsumənin (s.ə) mövludu münasibətilə yüz minlərlə zəvvar İmam Rzanın hərəminə çiçəklərlərlə gəldi 25 İyul 2017 01:00 Dünya Xəbər verdiyimiz kimi, bu gün Həzrət Məsumə xanımın mövludu ilə (zil-qədə 1) Kəramət günləri başlayır. Bu günlər İmam Rzanın mövluduna (zil-qədə 11) qədər davam edir. Maide.Az xəbər verir ki, İranın Məşhəd şəhərində yerləşən İmam Rzanın (ə) mübarək hərəmi bacısı Həzrəti Məsumənin (s.ə) mübarək mövludu münasibətilə bəzədilib. Əhli-Beytin (s.ə) kəriməsinin mövludu günündə zəvvarlar bu gün səhər tezdən İmam Rzanın (ə) hərəminə çiçəklərlə gəlib. Bu çiçəklər qardaşına qovuşa bilməyən Xanımı (s.ə) simvolizə edir. İmam Rzanın (ə) hərəmində xanımın mövludu ilə bağlı dünən gecədən etibarən bir-birinin ardınca mövlud tədbirləri, mərasimləri və şənliklər keçirilir. İmam Rzanın (ə) mübarək hərəmində əcnəbi zəvvarlar üçün də xüsusi mövlud mərasimlərinin keçirilməsi nəzərdə tutulub. Həzrəti Məsumənin (s.ə) mövludu münasibətilə hərəm gül çələngləri və rəngli işıqlarla bəzədilib. Teqlər : #Həzrəti Məsumənin (s.ə) mövludu münasibətilə yüz minlərlə zəvvar İmam Rzanın hərəminə çiçəklərlərlə gəldi, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Rusiya həbsxanalarında 2350 Azərbaycan vətəndaşı cəza çəkir İraqın İslami Ali Şurasının sədri Əmmar Həkim istefa verib və yeni partiya yaradıb
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO