Işğalçı İsrail rejimi Fələstin kəndində azanı qadağan etdi

Işğalçı İsrail rejimi Fələstin kəndində azanı qadağan etdi

İşğalçı İsrail rejimi Qərb Şəriyənin cənubunda yerləşən və Fələstinlilərin yaşadığı  kənddə,  "yaxınlıqda məskunlaşan yəhudi sakinlərin narahat olması” səbəbiylə  məscidin minarələrindən səsgücləndirici vasitələrlə azan verməyi qadağan edib.
 
Maide.Az xəbər verir ki, Əl-Xəlilin cənubundakı Xalq Müqavimət Komitələri koordinatoru Ratib əl-Zəbur, bildirib ki, işağlçı İsrail rejim qüvvələri əl-Xəlilin cənubunda Musafir Yatta bölgəsində  yerləşən Ət-Tuvani kəndinə basqın edib və  bu kəndin məscidinin minarələrindən səsgücləndirici vasitələrlə azan oxunmasını qadağan etdiklərini bildiriblər. 
 
İşğalçı rejim qüvvələri qadağanın icra olunmadığı təqdirdə kəndə yenidən hücum edəcəkləri ilə hədələyiblər. 
 
R.Əl-Zəbur  deyib ki, Et-Tuvani kəndi yaxınlığında Maon Yəhudi qəsəbəsi  salındığı üçün tez-tez işğalçı rejim əsgərləri  və ifratçı yəhudilərin hücumlarına məruz qalır. 
 
Qeyd edək ki,  İsrailin işğalı altındakı Şərqi Qüdsdə 200 mindən çox,  Qərb Şəriyədə isə 400 mindən çox yəhudi məskunlaşdırılıb. Beynəlxalq ictimaiyyət İsrail tərəfindən işğal edilmiş bu ərazilərdə Yəhudi yaşayış məntəqələrinin salınmasını qanunsuz sayır.(aa)
 
 

Google+ WhatsApp ok.ru