I sinfə şagird qəbulunun II mərhələsi başladı

I sinfə şagird qəbulunun II mərhələsi başladı

-- elektron sistem vasitəsilə 42 000-dən çox uşaq qeydiyyatdan keçib

Paytaxtın ümumi təhsil məktəblərində 2018-2019-cu dərs ili üçün I sinfə şagird qəbulunun II mərhələsinə start verilib.
 
Lent.az-ın Bakı Şəhəri üzrə Təhsil İdarəsinə istinadən məlumatına görə, indiyədək I sinfə şagird qəbulu ilə bağlı elektron sistem vasitəsilə 42 000-dən çox uşaq qeydiyyatdan keçib. Bu göstərici paytaxtdakı dövlət ümumi təhsil müəssisələrinin I sinfinə şagird qəbulu proqnozunun təxminən 85 faizindən çoxdur.
 
İkinci mərhələdə valideynlər müvafiq qaydalara uyğun olaraq, mektebeqebul.edu.az elektron sistemi vasitəsilə I sinfə qəbul üzrə sorğu yerləşdirə bilərlər. Bundan sonra, valideynlər övladlarının sənədlərini 20 iyun-18 sentyabr 2017-ci il tarixlərində (iyul ayı istisna olmaqla) məktəbə təqdim etməlidirlər.
 
Məktəb tərəfindən sənədlər hər həftənin V-VI günləri (bayram günləri istisna olmaqla) saat 11:00-dan 16:00-dək qəbul edilir. Sənədlər qəbul edildikdən sonra valideynə (qanuni nümayəndəyə) bu barədə qəbz verilir.
 
Həmçinin, hər hansı səbəbdən özü elektron qeydiyyatdan keçə bilməyən şəxslər Bakı şəhərinin hər inzibati rayonunda I sinfə elektron sistem vasitəsilə ərizələrin qeydiyyatı məsələlərində vətəndaşlara kömək məqsədilə 50 məktəbdə yaradılmış Alternativ Qeydiyyat Mərkəzlərinə müraciət edə bilərlər. I sinfə şagird qəbulu prosesində qeydiyyat və sənəd qəbulu prosesində araşdırmaya ehtiyac olan məsələlərin həlli məqsədilə Bakı şəhəri üzrə 6 ümumi təhsil müəssisəsində Apelyasiya Komissiyası fəaliyyət göstərir.
 

Google+ WhatsApp ok.ru