Işğalçı İsrail  hərbiçiləri fələstinlilərə  hücum edib, bir neçə nəfər yaralayıb

Işğalçı İsrail hərbiçiləri fələstinlilərə hücum edib, bir neçə nəfər yaralayıb

Işğalçı İsrail  hərbiçiləri  Qərb sahilində mitinq keçirən fələstinlilərə  hücum edib, etirazçılardan bir neçəsini yaralayıb.
 
Maide.Az xəbər  verir ki,  Fələstin xalqı cümə axşamı günü  Ramullahın  qərbində  Beytuniya  şəhərində mitinq keçiriblər. Onlar Ufər  həbsxanası istiqamətində yürüş etmək istəyərkən işğalçı İsrail rejim  əsgərləri  gözyaşardıcı qaz və güllələr ataraq etirazçı fələstinliləri dağıtma ğaçalışıb.  Fələstinli  etirazçılar da  işğalçı rejim əsgərlərinə  daş və  yandırıcı-partlayıcı vasitələr atıblar. 
 
Etiraz mitinqi işğalçı rejim həbsxanalarında  aclıq aksiyası keçirən  fələstinli məhbuslara həmrəylik nümayiş etdirmək məqsədi ilə keçirilib. 
 
Ufər  həbsxanasında saxlanılan Bilal Kayedin 15 il müddətində həbs cəzası başa çatdıqdan sonra sionist  rejim onun haqqında 6 ay inzibati həbs qərarı verib. Kayed qərara etiraz olaraq aclıq aksiyasına başlayıb. B.Kayed 2002-ci ildə həbs olunub. 35 yaşlı  fələstinli həbs müddətinin uzadılmasına etiraz olaraq 66 gündür ki, aclıq aksiyasına başlayıb.  Fələstin Əsirlər Cəmiyyətindən verilən yazılı açıqlamada bildirilir ki, sionist rejim həbsxanasında Fələstin Xalq Qurtuluş Cəbhəsindən olan 60 məhbus təxminən 15 il müddətində həbs cəzası başa çatdıqdan sonra haqqında inzibati həbs qərarı verilən Kayedə dəstək üçün aclıq aksiyası keçirir. 
Qeyd edək ki,  sionist  İsrail rejiminin 17 həbsxanasında 7 mindən çox fələstinli  saxlanılır ki, onların əksəriyyətinin nədə ittiham olunması bilinmir və  ya mühakimə olunmadan həbsxanada  saxlanılır.
 
 

Google+ WhatsApp ok.ru