I Bakı Beynəlxalq Turizm Filmləri Festivalı başlayır

İyunun 25-dən 29-dək davam edəcək II Bakı Beynəlxalq Turizm Filmləri Festivalının müsabiqə proqramına 37 ölkədən 68 film daxildir.
 
Ekran işlərini kinematoqrafçılardan, səyahət və turizm ekspertlərindən ibarət 7 nəfərlik beynəlxalq münsiflər heyəti qiymətləndirəcək. Münsiflər heyətinin 3 üzvü Azərbaycan, 4 üzvü isə xarici ölkələrin təmsilçiləridir. Beynəlxalq münsiflər heyəti hər kateqoriyada 3 filmi müəyyən edərək mükafatlandıracaq. Qaliblər I, II, III yerlərə uyğun olaraq, Qızıl, Gümüş və Bürünc mükafatlarla təltif olunacaqlar. Festivalın ən yaxşı filminə isə "Qran Pri" təqdim ediləcək. Qeyd edək ki, festivalın informasiya dəstəyi İctimai Televiziyaya məxsusdur.

Google+ WhatsApp ok.ru