İşid bu dəfə də Şis Peyğəmbərin məscidini partlatdı -VİDEO

Maide.az-ın verdiyi məlumata görə, İraqın  Mosul şəhərində  Həzrət Şis Peyğəmbərin məscidi İraq Şam İslam Dövləti  terror qruplaşması tərəfindən partladılıb. Partlama anını sosial şəbəkələrdə paylaşan şahidlərin dediklərinə görə, məscid cümə namazından sonra  terroçular tərəfindən  boşaldılıb və içəri bombalar yerləşdirilərək, uzaqdan idarəetmə ilə partladılıb.

Partlama anı kameralar tərəfindən qeydə alınıb.

Qeyd edək ki, Şis Peyğəmbərin məscidi 1057 hicri  ilində  Osmanlı valisi  Mustafa Paşa tərəfindən  inşa edilib.
 

Google+ WhatsApp ok.ru