II və III ixtisas qrupu abituriyentlərinin nəzərinə!

II və III ixtisas qrupu abituriyentlərinin nəzərinə!

-- mayın 13-də...

Dövlət İmtahan Mərkəzi (DİM) abiturientlərə müraciət edib.
 
DİM-in mətbuat xidmətindən verilən məlumata görə, mayın 13-də II və III ixtisas qrupu üzrə keçiriləcək qəbul imtahanında iştirak edəcək abituriyentlər "İmtahana buraxılış vərəqəsi"ni çap edə bilərlər.
 
Abituriyentin imtahana buraxılış vərəqəsini çap etmək üçün http://eservices.dim.gov.az/brxvbak/ linkinə daxil olmaq lazımdır.
 
Qeyd edək ki, abituriyent imtahana gələrkən şəxsiyyətini təsdiq edən sənədin əslini və “İmtahana buraxılış vərəqəsi”ni mütləq gətirməlidir. Göstərilən sənədlərdən hər hansı biri olmadıqda və ya sənədlər arasında uyğunsuzluq olduqda, abituriyent imtahana buraxılmır.
 

Google+ WhatsApp ok.ru