II İliya: `İŞİD-in İslama heç bir aidiyyəti yoxdur, çünki İslam terroru qəbul etmir`

 "İŞİD-in İslama heç bir aidiyyəti yoxdur, çünki bu din terrorun istənilən növünü qadağan edir." Belə bəyanatla Gürcüstan patriarxı II İliya çıxış edib.
 
Maide.az xəbər verir ki, "Neqativ hadisələrlə müsəlman dininin heç bir əlaqəsi yoxdur. Bu ancaq vəhşi adamların hərəkətidir", - deyə Gürcüstan patriarxı Gürcüstan Müsəlmanları İdarəsinin nümayəndələri ilə görüşdə qeyd edib.
O, buna görə də Gürcüstan din xadimlərini İslamı terrorla əlaqələndirməməyə çağırıb. /

Google+ WhatsApp ok.ru