II mərhələdə peşə təhsili müəssisələrinə qəbul olunanların nəzərinə!

II mərhələdə peşə təhsili müəssisələrinə qəbul olunanların nəzərinə!

Peşə təhsil pilləsi üzrə tələbə qəbulunun II mərhələsində uğur qazanan namizədlər 13 sentyabr saat 18:00-dək tələb olunan sənədləri qəbul olunduğu peşə təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər.
 
Bu barədə Təhsil Nazirliyindən bildirilib.
 
Məlumata görə, tələb olunan sənədlər aşağıdakılardır:
 
 Attestatın əsli;
 
 Sağlamlıq və fiziki inkişafı özündə əks etdirən müvafiq formalı tibbi arayış;
 
 Sistemdən (şəxsi kabinetdə) avtomatik çıxarılan ərizə nümunəsi;
 
 Şəxsiyyət vəsiqəsinin surəti;
 
 3 x 4 smlçüdə dö örd ədəd fotoşəkil;
 
Hərbi bilet və ya çağırışçı şəhadətnaməsi;
 
 Güzəştli şərtlərlə qəbul edilən şəxslər üçün müvafiq təsdiqedici sənəd.
 
 Qeyd edək ki, müsabiqədən keçən şəxsin qəbul olunduğu peşə təhsil müəssisəsində qeydiyyatdan keçməməsi onun həmin ixtisas üzrə təhsil almaqdan imtina etməsi kimi qiymətləndirilir.
 

Google+ WhatsApp ok.ru