Çikaqoda Ərbəin mərasimi keçirilib FOTO VİDEO

Amerika Birləşmiş Ştatlarının ən böyük şəhərlərindən biri, İllinoys ştatının Çikaqo şəhərində Ərbəin mərasimi keçirilib. Maide.az xəbər verir ki, İmam Hüseyn (ə) və Kərbəla şəhidlərinin anım mərasimi 2 dildə, ingilis və ərəb dillərində keçirilib. Mərasimdə alimlər tərəfindən xütbə və moizələr edilib, əzadarlıq mərasimi keçirilib.  
 
Qeyd edək ki, Çikaqo nəhəng meqapolis olmaqla Şimali Amerikanın ən böyük maliyyə və nəqliyyat mərkəzidir. Şəhərin daxil olduğu "Böyük Çikaqo" aqlomerasiyasında 9,6 milyondan çox, şəhərin özündə isə 3 milyona yaxın insan yaşayır. Əhalisinə görə Çikaqo Nyu-York və Los-Ancelesdən sonra ABŞ-da üçüncü şəhərdir.
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Google+ WhatsApp ok.ru