Çikaqoda atışma zamanı 14 nəfər yaralanıb

Çikaqoda atışma zamanı 14 nəfər yaralanıb

ABŞ-ın İllinoys ştatında yerləşən Çikaqo şəhərində cinayətlərin kəskin dərəcədə artması müşahidə edilir.
 
Bu barədə şəhər polisinin müavini Erik Karter deyib.
 
Bildirilir ki, son sutka baş verən atışma nəticəsində 14 nəfər yaralanıb. Onların arasında bir neçəsinin vəziyyəti ağır qiymətləndirlir. Daha əvvəl 9 nəfərin xəsarət aldığı barədə məlumat verilib.
 
E.Karterin sözlərinə görə, yas mərasiminə toplanan insanlara avtomobildən atəş açılıb. Hadisənin səbəbləri bilinmir.
 
Yerli KİV-lər qeyd edir ki, daxili təhlükəsizlik nazirliyinin şəhərdə cinayətlərin artması ilə bağlı tədbirlər görəcəyinə dair xəbər yayılandan sonra odlu silahların istifadəsi ilə baş verən insidentlərin sayı daha da artıb. /trend

 

Google+ WhatsApp ok.ru