Çilidə baş verən meşə yanğınlarında 6 nəfər ölüb

Çilidə baş verən meşə yanğınlarında 6 nəfər ölüb

 
Çilinin cənub bölgəsində baş verən meşə yanğınları zamanı 6 nəfər ölüb.
 
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə ölkənin daxili işlər naziri Mario Fernandes bildirib.
 
Ölənlər arasında bir yanğınsöndürən və iki polis əməkdaşının olduğu qeyd olunur. Hazırda alov 200 min min hektar ərazini əhatə edir. Yanğınların söndürülməsinə 4 min yanğınsöndürən cəlb edilib. /

Google+ WhatsApp ok.ru