Şimali Koreya ikinci qitələrarası ballistik raketini uğurla sınaqdan keçirib

Şimali Koreya ikinci qitələrarası ballistik raketini uğurla sınaqdan keçirib

Şimali Koreya ikinci qitələrarası ballistik raketini uğurla sınaqdan keçirib.  
 
Ballistik raket sınaqlarının keçirilməsi əmrini verən ölkə lideri Kim Çen In raketlərin buraxılışını şəxsən komanda məntəqəsindən izləyib.   
 
Şimali Koreya Mərkəzi Televiziyasının məlumatına görə, “Xvason-14” tipli raket 47 dəqiqə 12 saniyə ərzində 998 km məsafəni qət edib. Uçuş trayektoriyasının maksimum hündürlüyü 3 min 724,9 km təşkil edib.  
 
 KXDR mətbuatı qeyd edir ki, qitələrarası ballistik raketin buraxılışı qonşu ölkələr üçün heç bir təhlükə yaratmayıb.
 
Bundan əvvəl gecə saatlarında Şimali Koreya Yaponiya dənizi istiqamətində ballistik raketin buraxılışını həyata keçirib. Ballistik raketin gecə sınaqları Şimali Koreya tərəfindən ilk dəfə keçirilib. Yaponiyanın Hokkaydo adası istiqamətində buraxılan bu raket də təxminən 1000 km məsafəni qət edib. 
 
Yaponiya və Cənubi Koreyanın Milli Təhlükəsizlik Şuraları insidentlə əlaqədar təcili iclas çağırıb. 
 
ABŞ və Cənubi Koreya KXDR-in ballistik raketi sınaqdan keçirməsinə cavab olaraq ballistik raketlərin təlim buraxılışını həyata keçirib. (apa) /

Google+ WhatsApp ok.ru