Şimali Koreya liderinin qardaşına qarşı sui-qəsdin görüntüləri yayılıb 20 Fevral 2017 02:00 Dünya Şimali Koreyanın Kuala-Lumpurdakı səfiri Malayziya xarici işlər nazirliyinə çağırılıb. APA-nın xəbərinə görə, bu barədə “Kyodo” agentliyi məlumat verib. Səfirin çağırılmasının səbəbləri hələ ki, açıqlanmır. Ehtimala görə, bu, KXDR lideri Kim Çen Inın böyük qardaşı Kim Çen Namın ölümü ilə bağlıdır. Kim Çen Inın 46 yaşlı qardaşına qarşı sui-qəsd fevralın 14-də, Kuala-Lumpur aeroportunda törədilib. Hadisə ilə əlaqədar Malayziya polisi 4 nəfəri saxlayıb. Ölümün dəqiq səbəbi hələlik müəyyən edilməyib. İlkin versiyaya əsəsən, Kim Çen Namı Kuala-Lumpur hava limanında iki qadın zəhərləyib, hücum zamanı yüksək toksiki təsirli “VX” maddəsindən istifadə olunub. İnternetdə Kuala-Lumpur hava limanında baş verən hadisənin videogörüntüləri yayımlanıb. Kim Çen Nam xəstəxanaya aparılarkən yolda keçinib. ABŞ və Cənubi Koreya hökumətləri Kim Çen Namın KXDR xüsusi xidmət orqanlarının casusları tərəfindən qətlə yetirildiyinə əmindirlər. Teqlər : #Şimali Koreya liderinin qardaşına qarşı suiqəsdin görüntüləri yayılıb, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Belarus İranla neft tədarükünə dair saziş imzalayıb Amerikanın Meriland əyaləti Quran yarışlarına evsahibliyi edəcək
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO