Şimali Koreya nüvə sınağı keçirib

Şimali Koreya nüvə sınağı keçirib

Şimali Koreya rəsmiləri  bu ölkənin yeni nüvə sınağı keçiridyini bildiriblər. 
 
Maide.Az xəbər verir ki,  Şimali Koreya rəsmiləri bildirib ki, bu sınaq Amerikanın düşmənçiliyi ilə mübarizə məqsədi ilə  həyata keçirilib.Bu nüvə sınağı beşinci və ən böyük yeraltı nüvə sınağı olduğu bildirilir.  
 
Amerika, Avropa və Çin  Meteorologiya agentlikləri  cümə günü 00:30 dəqiqədə Pungi-Rey bölgəsində  titrəyişlərin olduğunu qeydə alıb. Bu titrəyişlərin gücünün 5.3 bal olduğu bildirilir. 
 
Şimali Koreya 2006-ci ildən bəri 4  yeraltı nüvə sınağını həyata keçirib.
 
 
 

Google+ WhatsApp ok.ru