Şimali Koreya Yaponiyaya doğru ballistik raket atıb

Şimali Koreya Yaponiyaya doğru ballistik raket atıb

Yaponiya televiziyası raketin buraxılmasını geniş işıqlandırıb.
 
Şimali Koreya Yaponiyaya doğru ballistik raket atıb. Ballistik raket 40 dəqiqəyədək uçub.
 
Bu ilk dəfədir ki, Şimali Koreya ABŞ ərazisinə çata biləcək qitələrarası ballistik raket sınağının uğurla başa çatdığını iddia edir.
 
Daha əvvəl ABŞ raketin Yapon dənizinə düşdüyünü bildirib.
 
Vaşinqton sınaqların Şimali Amerika üçün təhlükə təşkil etmədiyini bildirir.
 
Hwasong-14 raketinin buraxılmasını Şimali Koreya lideri Kim Jong-un izləyib, dövlət televiziyası bildirir.
 
Cənubi Koreya bəyan edib ki, səhər saatlarında buraxılan raket təxminən 40 dəqiqə ərzində 930 kilometr məsafəni qət edib.
 
ABŞ-ın Sakit okean komandanlığı raketin ortamənzilli olduğunu bildirir.
 
Şimali Koreya son zamanlar həyata keçirdiyi sınaqların sayını artırıb. Bu bölgədə gərginliyin kəskinləşməsinə səbəb olub.
 
Pxenyan tərəqqiyə nail olsa da, ballistik raketlərin dəqiqliklə hədəfə çatdırılması texnologiyasına malik deyil.
 
O, həmçinin nüvə başlığını raketə yerləşdirmək üçün kifayət qədər kiçiltməyə qadir deyil. (bbc) /

Google+ WhatsApp ok.ru